Xəzər Xəbər

Azarkeş Di Mariyaya pivə butulkası atdı - VİDEO

Veb TV | 11:54 • 13 Fevral 2019
Azarkeş Di Mariyaya pivə butulkası atdı -

PSJ-nin futbolçusu Anxel di Mariya Çempionlar Liqasının 1/8 finalında "Mançester Yunayted"ə qarşı matçda (2:0) sabiq klubunun azarkeşləri tərəfindən yaxşı qarşılanmayıb.

Qol.az-ın Britanita mətbuatına istinadən yaydığı xəbərə görə, görüş ərzində top argentinalı yarımmüdafiəçidə olan zaman azarkeşlər onu fitə basıblar. Buna əsəbiləşən Di Mariya 53-cü dəqiqədə komandasının ilk qolundan sonra sevnciniçılğın şəkildə qeyd edib. O, azarkeşlərə yönəlmiş qıcıqlanırıcı jest edib. Bundan sonra qəzəbli fanatlardan biri ona pivə butulkası atıb.

Argentinalı yarımmüdafiəçi isə butulkanı yerdən qaldırıb, içmək işarəsi etdikdən sonra kənara atıb və künc zərbəsini yerinə yetirib.




Xəbər lenti

Çox oxunanlar