Xəzər Xəbər

Ermənistanda siyasi gərginlik davam edir VİDEO

Veb TV | 19:03 • 12 Fevral 2019
Ermənistanda siyasi gərginlik davam edir

Ermənistanda siyasi gərginlik davam edir. Ölkə mətbuatının yaydığı xəbərlərə görə, xüsusi istintaq komitəsinin apardığı araşdırma çərçivəsində, Respublikanın keçmiş prezidenti Serj Sarkisyanla keçmiş müdafiə naziri Seyran Ohanyan üzləşdirilib. Həmçinin Ermənistanın yüksək rütbəli polis əməkdaşlarının külli miqdarda pul mənimsəməsi ilə bağlı cinayət işi də artıq məhəkəməyə göndərilib.

Ermənistanın eks-prezidenti Serj Sarkisyanla keçmiş müdafiə naziri Seyran Ohanyan Xüsusi İstintaq Komitəsində üzləşdirilib.

Üzləşmə 2008-ci il martın 1-i istintaqı çərçivəsi ilə əlaqədar aparılmayıb. Sarqsyan başqa cinayətlə bağlı şahid qismində üzləşdirilib. Ermənistan qanunvericiliyinə görə, üzləşmə eyni iş çərçivəsində sorğulanmış şəxslərin ifadəsi üst-üstə düşməyəndə keçirilir.

Həmçinin Ermənistanda dövlət büdcəsindən pulun və bir sıra hüquq-mühafizə orqanları əməkdaşları üçün nəzərdə tutulmuş mükafat pullarının mənimsənilməsi üzrə respublika polisinin əməkdaşlarına qarşı cinayət işi başa çatıb.

Xüsusi İstintaq Xidmətinin məlumatına görə, ittihamlara əsasən, Ermənistan polisinin Post-Patrul Xidməti İdarəsinin Armavir şöbəsinin rəisi, bu bölmənin mühasibi ilə birlikdə iki il ərzində dövlət büdcəsinə köçürülən hesablardan pul mənimsəyib. Hazırlanmış sxemə əsasən, mükafatlardan və ya əmək haqqından gəlir vergisi ödənilməyib. Bu yolla gizlədilmiş pullar tabelikdə olan polislərin hesablarına köçürülüb, onlar isə pulu hesabdan çıxardıqdan sonra rəisə veriblər. Nəticədə Ermənistan polisinin Post-Patrul Xidməti İdarəsinin Armavir şöbəsinin rəisi və mühasib, təxminən, 110 min ABŞ dolları mənimsəyiblər.

Bununla yanaşı, qurum rəhbərliyinin xəbəri olmadan bu mühasib həmin dövrdə ona əmanət edilən təxminən 31,1 min ABŞ dolları mənimsəyib. Onlara qarşı ittiham irəli sürülüb. İstintaq zamanı şöbə rəisi büdcəyə 20,3 min dollar qaytarıb.

Ermənistan ordusunda da gərginlik və özübaşınalıq davam edir. bu dəfə Ermənistan ordusunun sıravi əsgəri zabiti güllələyərək öldürüb. Məlumatı Ermənistanın istintaq komitəsi yayıb. Bildirilir ki,əsgər tabeliyində olan silahla baş leytenant Mesrop Qriqoryana atəş açaraq öldürüb. Hadisəni törədən əsgər saxlanılıb.

Xəbər lenti

Çox oxunanlar