Xəzər Xəbər

SOCAR TƏLİM: Neftçilər ən mürəkkəb şəraitə uyğun hazırlanırlar - VİDEO

Veb TV | 19:43 • 12 Fevral 2019
SOCAR TƏLİM:

Dənizdə işləyən neftçilərin əmək fəaliyyəti heç də asan deyil. Hava və iş şəraitinə görə hər zaman ekstremal vəziyyət yarana bilər. Bu zaman neftçilərin hazırlıqlı olması çox vacibdir. Elə buna görə də SOCAR-ın dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzində müxtəlif kurslar keçilir, neftçilər ən mürəkkəb şəraitə uyğun hazırlanırlar.

Xüsusi şarlar hovuzda dalğa əmələ gətirir.

Bu aparat isə süni külək və yağış yaradır. Bir sözlə qapalı məkanda əsil dəniz şəraiti yaradılır.

Görüntülər SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzindəndir. Mərkəzdə dənizdə işləyən neftçilər üçün Sağqalma və Yanğın üzrə praktiki təlimlər keçirilir.

Sağqalma təlimi zamanı neftçilər ilk olaraq 3 metrlik tramplidən növbə ilə suya tullanırlar.

Suda müəyyən müddət qaldıqdan sonra xilasecdici sala minirlər.

Sağqalma təliminin sonrakı mərhələsi vertolyot kəndirinə çatma və qalxmadır. Bu zamann da bir sıra qaydalara əməl etmək lazımdır..

Təlim mərkəzində neftçilərin mürəkkəb şəraitə tam hazırlıqlı olmaları üçün müxtəlif vasitələrdən istifadə edilir.

Yanğın Təlim Poliqonunda isə neftçilər tozlu, sulu, köpüklü və karbonlu odsöndürən vasitələrdən istifadə etməklə şərti və süni yanğının söndürülməsində iştirak edirlər.

Təlim tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad İsmayılov deyir ki, mərkəz bir sıra beynəlxalq təşkilatlarda akreditə edilib.Bu da neftçilərin daha peşəkar hazırlanmasına şərait yaradır

Mərkəzdəki təlimlər davamlı olaraq təşkil edilir.

Xəbər lenti