Kərpiç zavodundan küllü miqdarda oğurluq edən dəstə üzvləri saxlanılıb.
Abşeron rayon Polis İdarəsinə Aşağı Güzdək qəsəbəsindəkərpic istehsalı ilə məşğul olan zavoddan oğurluq edilməsi barədə məlumat daxil olub. Araşdırma zamanı həmin müəssisədənelevator remenləri və 1 ədəd motor oğurlandığı məlum olub. Nəticədə müəssisəyə 3500 manat dəyərində maddi ziyan dəyb.
Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı, elə həmin müəssisədə gözətçi işləyən , 49 yaşlı Şövqi Xosrovov, tanışları 31 yaşlı Abbas Mehdiyev və 30 yaşlı Elnur Abdıyev saxlanılaraq istitaqa təhvil verilib.
Onlar bu hadisəni qabaqcadan planlaşdırraraq, sübh tezdən törətdiklərini və əldə etdikləri malları 630 manata sataraq pulu öz aralarında böldüklərini etiraf ediblər.
Faktla bağlı Abşeron rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.