Xəzər Xəbər

Kredit faizləri aşağı düşdü VİDEO

Veb TV | 17:47 • 12 Fevral 2019
Kredit faizləri aşağı düşdü

Banklar istehlak kreditlərində faiz dərəcələrini aşağı salıb. İlin əvvəlində daha yüksək faizlə təqdim edilən istehlak kreditlərində indi banklardan asılı olaraq müxtəlif rəqəmli faiz enmələri müşahidə edilir.

İqtisadçı ekspert Vüqar Bayramov bildirir ki, faizlərin aşağı düşməsinin bir sıra səbəbləri var.

Önəmli məqamlardan biri isə bankların gəlirlərinin böyük qismini kreditlərdən əldə etməsidir. Belə ki, bankların ötən il kredit portfeli 12 milyard manat olub. Ötən ilki depozitlərin həcmi 8 milyard manat təşkil edib. Bu isə o deməkdir ki, depozitlər kredit portfelinin 65 faizini təşkil edir. Buna görə də kredit verilməsinin stimullaşdırılması bankların gəlir əldə etmək üçün atdığı əsas addımlardan biridir. Ekspert Vüqar Bayramov bildirir ki, istehlak kreditlərində faizlərin azalması bu il ərzində daha da arta bilər. Bankların təklif etdiyi kredit faizlərin il ərzində 15-20 faizə arasında dəyişməsi mümkündür.

 

Xəbər lenti