ABŞ-ın Texas ştatının cənub-şərqində yerləşən Polk dairəsindəki fərdi evlərdən birində azı 5 nəfər qətlə yetirilib.
"Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ştat polisi məlumat yayıb.
Bildirilir ki, kütləvi qətl barədə məlumat yerli vaxtla 10.32-də daxil olub. Hadisə yerinə gələn polis əməkdaşları bir neçə nəfərin odlu silahla qətlə yetirildiyini təsdiq ediblər.
Polis faktla bağlı araşdırmalara başlayıb.