81 illik avtomobil digər maşınlarla eyni sırada .. Həm də saz vəziyyətdə...
Göyçay sakini Rəşid Hüseynovun 3 ilə yığaraq ərsəyə gətirdiyi minik maşını 1938-ci ilin istehsalıdır. Onun sözlərinə görə, uşaqlıqda atasının "MOSKİVİÇ 400" markalı minik avtomobilinin yanında çəkdirdiyi şəklini gördükdə belə bir maşını yığmaq fikrinə düşüb.
İllərdir Rusiya, Ukrayna və Türkiyədən "MOSKİVİÇ 400"ün ehtiyat hissələrini gətizdirib. Sahibinin sözlərinə görə, mühərriki və digər ehtiyat hissələri orijinaldır. Sürət qutusu mexaniki və 3 pilləlidir.
Yanacaq sərfiyyatı 100 km-ə 5-6 litrdir. Rəşid Hüseynov deyir ki, bununla uzun yol getməyib. Avtomobili rayon daxilində sürüb. Daha çox onu retro avtomobil kimi qoruyur.
Hazırda Rəşid Hüseynov bu avtomobildən daha birini yığır ki, onun bəzi ehtiyat hissələri VAZ markalı maşına aid olacaq.