Xəzər Xəbər

Bakıda soyğunçuluq və oğurluq edən Tərtər sakini saxlanılıb VİDEO

Veb TV | 18:59 • 11 Fevral 2019
Bakıda soyğunçuluq və oğurluq edən Tərtər sakini saxlanılıb

Bakıda Nərimanov rayonunda tanışına qarşı soyğunçuluq edən şəxs tutulub. O, saxlanıldıqdan sonra başqa cinayətlərinin də üstü açılıb. Nəsimi rayonunda isə ərzaq mağazası qarət edilib.

Tanıdığı şəxsə qarşı soyğunçuluq edən şəxs tutulub.

Hadisə gecə saatlarında paytaxtın Nərimanov rayonunda baş verib. Şəhər sakini Şahin Mikayılov ərazi üzrə 18-ci polis şöbəsinə məlumat verib ki, tanışı ona zor tətbiq edərək mobil telefonu və 183 manat pulunu əlindən alıb.

Polis qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Tərtər rayon sakini Amil Məmmədovu saxlayıb. O, ifadəsində törətdiyi cinayəti etiraf edib.

Saxlanılan şəxsin ətrafında keçirilən əlavə tədbirlərlə onun Binəqədi rayonu ərazisində də oğurluq etdiyinə görə axtarışda olduğu müəyyən edilib. Həmçinin Amil Məmmədovun Nərimananov rayonunda daha bir mobil telefonu dələduzluq yolu ilə ələ keçirdiyi də üzə çıxıb.

Faktla bağlı Amil Məmmədov barəsində cinauyət işi başlanıb. Bu şəxsin əməllərindən zərər çəkmiş başqa vətəndaşlar varsa, bu barədə ''102'' xidmətinə müraciət edə bilərlər.

Bakıda başqa bir cinayət isə Nəsimi rayonu 20 yanvar küçəsində mağazada qeydə alınıb. Gecə saatlarında Sahil Abdullazadəyə məxsus ərzaq mağazasına girən naməlum şəxs ordan 1200 manat pul, 1500 manat məbləğində tütün məmulatı və 800 manat dəyərində noutbuk oğurlayıb. Oğurluq anı mağazanın təhlükəsizlik kamerasına da düşüb. Zərərçəkmiş hadisədən səhər saatlarında xəbər tutub və dərhal ərazi üzrə 19-cu polis şöbəsinə məlumat verib. Polis əraziyə gələrək əl barmaq izləri götürüb. Faktla bağlı cinyayət işi başlanıb.

Xəbər lenti

Çox oxunanlar