Filipinli bir balıqçı ona uğur gətirdiyinə inandığı nəhəng incini 10 ildir ki, yatağının altında saxlayır.
Balıqçı 34 kiloqram ağırlığındakı incinin həqiqi olub-olmadığını müəyyən etmək üçün onu bələdiyyəyə təslim edib. İncinin həqiqi olduğu sübut oldunduqda dəyərinin 100 milyon dolları keçə biləcəyi bildirilib.
Dünyanın ən böyük incisi rekordu 1939-cu ildə Palavan adasında tapılan Lao Tzu adlı inciyə aiddir. 6.4 kiloqram olan inciyə 2003-cü ildə 93 milyon dəyər qoyulmuşdu.