"Anadolu Agentliyi" bildirir ki, alınan məlumata görə, Hürriyyət Məhəlləsi Təkin Küçədə 4 mərtəbəli binanın giriş qatındakı dairəsini İraqlı Məhəmməd Ənvərə kirayə verən ev sahibi Həsən Mala qonşuların evdən pis iy yayıldığı şikayəti üzərinə 3 gün əvvəl ünvana gəlib.
Qapının kilidli olması səbəbindən polis içəri girə bilməyib, telefonla Ənvərin atasına zəng edib. Atasının uşaqlarının yanında olduğunu bildirməsi üzərinə polis ünvandan ayrılıb.
Yayılan pis qoxu səbəbiylə bina sakinlərinin şikayətlərini yenilənməsi üzərinə ev sahibi Həsən Mala Ənvərin atasını arayaraq, gəlib evə baxmalarını istəyib.
Gəncin əmisi Əhməd Ənvər evə gələrək içəri girdikdə, qardaş oğlunun cansız bədəni ilə qarşılaşıb. Ev sahibinin bildirməsi üzərinə hadisə yerinə gələn polis dəstələri, apardıqları tədqiqatda Ənvərin təxminən bir həftə əvvəl ölmüş ola biləcəyini söyləyib.
Gəncin cəsədi, təhlillərin sonra meyitin yarılması üçün Adlı Tibb Təşkilatı meyitxanasına aparılıb.
Bu arada əmi Ənvər, gəncin İraqda gördüyü işgəncə şəkillərini göstərərək, qardaş oğlunun bu vəziyyət səbəbilə ölkəsindən qaçıb İstanbula köçdüyünü iddia edib./metbuat.az