Xəzər Xəbər

152 kilo arıqladı, ilk gördüyü iş.. VİDEO

Veb TV | 14:07 • 11 Fevral 2019
152 kilo arıqladı, ilk gördüyü iş..

100 kiloya qədər arıqlayacam.

Türkiyənin Adana şəhər sakininin dəyişimi hamının təəccübünə səbəb olub.

Adanada yaşayan 292 kilosu olan Murat Öncü 4 il əvvəl mədə əməliyyatı keçirib. Əməliyyat sayəsində Murat Öncü 152 kilo arıqlayıb.

Onun arıqladıqdan sonraki ilk işi əvvəllər olduğu kimi küçədə simit satmaq olub.

Murat Öncü "Əvvəllər 292 kilo idim, İstanbula getdim, mədə əməliyyatı keçirdim. İndi 140 kiloyam. Əvvəllər yerimdən qalxa bilmirdim, indi namaz qılıram. Əvvəllər bütün günü evdə otururdum, 292 kilo adam nə edə bilərdi ki? Bu günə qədər 152 kilo arıqladım, hal-hazırda 140 kiloyam. Bir əməliyyatım daha var, 100 kiloya qədər arıqlayacam. Mənə indi soruşsalar, neçə kilosan, özümü 50 kilo kimi hiss edirəm deyərəm” deyə sevincini bölüşüb.

AzNews.az

Xəbər lenti

Çox oxunanlar