Xəzər Xəbər

Öldürülən ərinin yerinə şirkətin başına keçdi rekord satış əldə etdi - VİDEO

Veb TV | 15:12 • 5 Fevral 2019
Öldürülən ərinin yerinə şirkətin başına keçdi

"2 uşağımız var, onlar üçün bu şirkəti daha da böyüdəcəm”.

Türkiyənin Bursa şəhərində keçən il iyul ayının 6-da dayısı tərəfindən maşınında öldürülən iş adamı 38 yaşlı Fatih Karamanın həyat yoldaşı Yadigar Karaman şirkətlərin başına keçib.

15 işçisi ilə birlikdə gündə 1 tona yaxın xurma şirniyyatı hazırlayan Yadigar Karaman "Həyat yoldaşım bu şirkət üçün çox çalışıb. İndi də mən çalışacam. 2 uşağımız var, onlar üçün bu şirkəti daha da böyüdəcəm” deyib.

Qeyd edək ki, Fatih Karaman keçən il iyulun 6-da qırmızı işıqda avtomobilində gözləyərkən dayısı tərəfindən güllələnərək öldürülüb.

AzNews.az

Xəbər lenti

Çox oxunanlar