Ana 2 körpə uşağını qoyaraq qaçıb.
Hadisə Bərdədə olub. Yerli sakinlərin sözlərinə görə, körpələr tapılan zaman baxımsız vəziyyətdə olublar. Məlumata görə, hadisədən sonra Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları bu istiqamətdə əməliyyat axtarış tədbirlərinə başlayıb. Məlum olub ki, körpələrin anası Qazax rayonunun Kəmərli kənd sakini Yeganə Nemət qızı Osmanovadır. O, Bərdə rayonunda kafe və çay evlərində işləyib, elə həmin rayonda da kirayədə qalıb.
Uşaqlar isə Bərdə rayon uşaq xəstəxanasına verilib. Xəstəxanadan "XəzərXəbər"ə verilən məlumata görə, uşaqlar tibbi müayinələrdən keçib, isti otaqlarla təmin olunub.
Polis tərəfindən Yeganə Osmanova şöbəyə çağrılaraq dindirilib. Hadisənin təfərrüatları araşdırılır.