Xəzər Xəbər

Məcburi köçkünlərin Abşerona köçürülməsinə başlanılıb VİDEO

Veb TV | 18:39 • 4 Fevral 2019
Məcburi köçkünlərin Abşerona köçürülməsinə başlanılıb

Abşeron rayonunda yeni istifadəyə verilmiş yaşayış kompleksinə məcburi köçkünlərin köçürülməsinə başlanılıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Sumqayıt şəhər Nərian Nərimanov adına Mədəniyyət Evində püşkatma keçirib.Püşkatma Dövlət Komitəsində müvafiq komissiya tərəfindən obyektiv və hərtərəfli araşdırmalar nəticəsində tərtib olunmuş siyahı üzrə mənzil-məşişət şəratinin yaxşılaşdırılması zəruri sayılan məcburi köçkün ailələrin nümayəndələri iştirak ediblər.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin, ərazisi işğal olunmuş rayonların icra hakimiyyətlərinin, ictimai fəalların, jurnalistlərin iştirakı ilə şəfaf şəkildə keçirilən püşkatmada məcburi köçkünlər bundan sonra yaşayacaqları mənzilin yerləşdiyi binanı və mərtəbəni müəyyənləşdiriblər. Məcburi köçkün ailələrinin Dövlət Komitəsinin ayırdığı nəqliyyat vasitələri ilə yaşayış kompleksinə köçürülməsinə yaxın günlərdə başlanılacaq.

Yeni mənzillər tam təmirlidir,mətbəx mebeli, qaz sobası ilə təchiz olunublar. Bundan başqa, mənzillərdə mərkəzləşdirilmiş internet və televiziya şəbəkəsi quraşdırılıb.

Qeyd edək ki, Abşeron rayonunun ərazisindəki yeni kompleksdə mənzillərin 167-si birotaqlı, 536-sı ikiotaqlı, 302-si isə üçotaqlı və dördotaqlıdır. Ərazidə sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün iki istirahət guşəsi yaradılıb, uşaq meydançası quraşdırılıb. Qəsəbə bütün zəruri infrastruktur obyektləri ilə təmin edilib.

 

Xəbər lenti