Məşhur müğənni Dua Lipa qəfəsi xatırladan libası ilə bütün diqqətləri üzərinə toplayıb.
Dünən Londonda musiqisini Dua Lipanın bəstələdiyi "Alita: Battle Angel” filminin premyerası baş tutub.
Gecəyə qəfəsi xatırladan "Armani” imzalı paltarda gələn ulduz diqqət mərkəzində olmağı bacarıb. 23 yaşlı ingiltərəli müğənni iddialı görüntüsü ilə bütün baxışları üzərinə toplayıb. Məlum olub ki, Dua Lipa üçün hazırlanan libas moda evinin 2018-ci il kolleksiyasındandır və ətəyin astarı xüsusi olaraq çıxarılıb.
Müğənni obrazını "Jimmi Choo” çantası, "Max”dan platforma dabanlı ayaqqabı eləcə də "Alan Crocetti” və "Shaun Leane” zərgərlik evinin zinət əşyaları ilə tamamlayıb. Dua Lipanı qırmızı xalçada sevgilisi İsaak Careu müşayiət edib./publika.az