Kiloqramla yox, dənə ilə satılır. 1 ədədinin qiyməti isə əsasən 80 qəpik, 1 manat arasında dəyişir. Söhbət bazarlarda aşıb-daşan ilanbalığından gedir. Bəs bu balıqları yemək olarmı və hansı faydaları var ?
Qiyməti ucuz, alıcısı isə çoxdur
Paytaxt bazarlarında sözün əsl mənasında ilanbalığı qaynayır. Sezonu olduğundan bu balığı alanlar da kifayyət qədər çoxdur.
Satıcılar deyirlər ki, ilanbalığı bazara əsasən neftçaladan gətirilir. Digər balıqlardan fərqli olaraq bu balıqlar kilo ilə deyil, ədədlə satılır. 1 ədədinin qiyməti isə əsasən 80 qəpiklə, 1 manat arasında dəyişir.
Alıb yeyənlər isə dadından razıdır. Məlum oldu ki, ilanbalığının kababının dadına söz ola bilməz.
Qida mütəxəssisləri isə bu balıqların insan orqanizminə bir sıra xeyri olduğunu bildirirlər. Qida mütəxəssisi İsa Əliyev deyir ki, ilanbalığının təkcə əti yox, elə yağı da faydalıdır
Ekspert həmçinin bildirir ki, bu balıq astma xəstəliyindən əziyyət çəkənlərə də xeyirlidir