Qubada yaz aylarında qaraçaya gələn sel suları ətrafa xeyli ziyan vurur. Bunun qarşısını almaq üçün xüsusi qurğular quraşdırılır. Bu qurğular vasitəsilə nəinki ziyanın qarşısı alınacaq, hətta sel sularından suvarmada belə istifadə olunacaq.
Çaya gələn sel sularından səmərəli istifadə olunacaq.
Quba rayonunda Qaraçay üzərində ilk dəfə olaraq yeni kanallar və sudurulducu qurğu quraşdırılır. "Körpü Bina Tikinti" MMC-nin sahə rəisi Anar İmanov deyir ki, Quba rayonunda 5 min hektar ərazinin suvarılmasını təmin edəcək yeni kanal çəkilir. İşlərin ayın sonuna kimi tamamlanacağı bildirilir. Diametri 800 və 1400 mm olan suötürücü estekadalar isə artıq quraşdırılıb.
Qaraçayın suyu ilə qidalanacaq su ötürücüsü Samur-Abşeron kanalına birləşdirilib. Artıq suvarma kanalının 16 kilometrliyində betonlama işləri başa çatıb. Saniyədə 5 kubmetr su tutumuna malik kanalda tullantıları təmizləmək üçün xüsusi qurğu da quraşdırılıb.
Uzunluğu 16 kilometr olan suvarma kanalı 4 kəndin ərazisindən keçəcək. Kanalın suyundan Pirvahid, Qaraçay, Mirzəqışlaq və Nügədi kəndlərindəki təsərrüfatlar yararlanacaq.