Bu gün paytaxt üzrə məktəblilərin respublika fənn olimpiadalarının şəhər mərhələsi keçirilib. Olimpiadaların təşkil olunmasında məqsəd istedadlı şagirdləri üzə çıxarmaq, məktəblilərin beynəlxalq olimpiadalarda uğurlu çıxışlarının təmin edilməsidir. Qalibləri beynəlxalq olimpiadada iştirakla yanaşıxüsusi təhsil imkanları da gözləyir.
16 imtahan mərkəzində 7 mindən çox şagird öz biliyini sübut etməyə çalışdı.
Respublika fənn olimpiadasının şəhər mərhələsi çərivəsində paytaxtın müxtəlif rayonlarındakı məktəblərdə şagirdlər biliklərini yoxladı.
Təhsil haqqında qanunun 26 cı maddəsinə edilən dəyişikliyə əsasən olimpiada qalibləri üçün xüsusi təhsil imkanları təmin edilib. Qalib şagirdlərin ali məktəblərə müsabiqədən kənar qəbul edilməsi olimpiadalara şagirdlərin marağını daha artırıb.
Müsabiqənin həyəcanını yaşayan şagirdlər isə məqsəd kimi beynəlxalq olimpiadalarda iştirakı hədəfləyiblər.
Onu da qeyd edək ki,respublika fənn olimpiadasının şəhər mərhələsində iştirak edən şagirdlərə sualların cavablandırılması üçün 3 saat vaxt verilib. Nəticələr yaxın günlərdə açıqlanacaq.