Tovuz sakini olan gənc usta nitq və eşitmə məhdudiyyətli olsa da, qabiliyyətinə görə bir çox həmyaşıdlarından fərqlənir. Kənddəki bütün çanaq antenlərini o, təmir edir. Usta quraşdırdığı antenləri təmənnasız olaraq Azərbaycan və Türkiyə bayraqlarının rəngində də boyayır.
Nitq və eşitmə məhdudiyyətli olsa da, kənddəki bütün çanaq antenlərini o, təmir edir.
Söhbət Tovuz sakini olan Vüqar Aslanovdan gedir. O, peyk antenlərini quraşdıraraq və təmir edərək çörək pulu qazanır. Müştərilərini də asanlıqla başa salır. Əl işarələri ilə başa düşməyən sakinlərə isə telefona söz yazmaqla fikrini çatdırır. İşində məsuliyyətli olan gənc usta çanaq antenlərində yenilik də edib. Bir çanaqda mindən artıq kanal yığa bilir.
Vüqar işini daha keyfiyyətli görmək üçün özünə müasir cihazlar da alıb. Hər bir işi isə özü təkbaşına görür. O, müştərilərlə qiymət danışmır və verilən məbləğlə razılaşır.
Vüqar Aslanov vətənpərvərliyi ilə seçilir.
Vüqar indi özü kimi nitq və eşitmə məhdudiyyətli dostlarına da bu sənəti öyrədir.