Xəzər Xəbər

ŞAD XƏBƏR! Azərbaycanda evlərin qiyməti ucuzlaşacaq - VİDEO

Veb TV | 17:48 • 3 Fevral 2019
ŞAD XƏBƏR!

Ötən il ərzində tikinti sektoruna qoyulan investisiya 1 milyardı keçib. Ekspertlər nəzərçarpacaq dərəcədə artıq olan bu məbləğin bazara müsbət təsir etdiyini deyirlər. Bu amil qarşıdakı aylarda bəzi ərazilərdə evlərin ucuzlaşmasına səbəb olacaq.

Əmlak sektoruna yatırım son bir il ərzində 32 faiz artıb. Ümumi bazarda isə alıcılıq 10 faizə qədər artıb.

Son bir neçə ildir ki, qeyri neft soktorunda ən çoxinvestisiya tikinti bazarına yatırılıb. Bu da öz növbəsində əmlak bazarında yeni tikililərin sayının artmasına səbəb olub.

Əmlak üzrə ekspert Nofəl Quliyevin sözlərinə görə, tikinti sektoruna edilən investisiyanın artması bəzi ərazilərdə mənzil qiymətlərinin enməsinə səbəb olacaq.

Ekspert onu da bildirdi ki, BakınınYasamal, Nəsimi, Nərimanov və Nizami rayonlarında pilot layihələr artıq satışa çıxarılıb. Lakin tələbatın mərkəz ərazilərdəki evlərə daha çox olması bu ərazilərdə qiymətlərə təsir etməyib. Qiymətlərin enməməsinin digər səbəbi də alıcılığın yüksək olmasıdı.

Ekspert onu da qeyd etdi ki, canlanmanı artıran əsas amillərdən biri də dolların məzənnəsinin sabit qalmasıdır. Bu səbəbdən tikinti bazarında qarşıdakı aylarda ciddi bir artım gözlənilmir.

Xəbər lenti

Çox oxunanlar