Goranboy rayonunun Boluslu kəndində canavarlar 7 baş qoyunu parçalayıblar. Hadisə 93 yaşlı kənd sakini Sarı Əliyevin fərdi təsərrüfatında baş verib.
S.Əliyev 40 baş xırdabuynuzlu mal-qaranı tövləyə salaraq evə gedib. Bir müddətdən sonra səs-küyə bayıra çıxıb. Məlum olub ki, həyətə bir neçə canavar girib və qoyunlardan 7-ni parçalayıb. Bir neçə heyvan yaralanıb.
Hadisə ilə bağlı rayon baytarlıq idarəsinə məlumat verilib.
Daha əvvəl də Goranboyda canavarlar 8 heyvanı parçalayıb.