Səhər saatlarında Bakıda marşurut avtobusunda tüstüləmə baş verib.
Hadisə metronun ''Əhmədli'' stansihyasının qarşısında 46 saylı avtobusda qeydə alınıb. Avtobusun təkərində tüstüləməni görən sürücü dərhal ətrafdan kömək istəyib.
Digər sürücülərin köməyi ilə avtobusun təkəri yanğından mühafizə olunub. Sözügedən xəttin dispetçerinin ''Xəzər Xəbər''ə verdiyi məlumata görə, həmin avtobusun əyləc qəlbi gecə təmir sexində dəyişib. Həmin əyləc qəlbi yağlı olduğundan əyləcdən istifadə edilərkən tüstüləmə olub. Dispetçer onu da bildirdi ki, hadisə vaxtı avtobusda az sayda sərnişin olub və onlar arasında xəsarət alan olmayıb.
Təkərdə yaranmış problem tez bir zamanda aradan qaldırılaraq avtobus yenidən xəttə buraxılıb.