Braziliyada yanvarın 25-də su bəndinin dağıldığı anın görüntüləri yayılıb.
110 nəfərin öldüyü bu dəhşətli hadisə anının görüntüləri ölkənin Band Tv telekanalında yayımlanıb.
Hadisə nəticəsində 238 nəfər itkin düşüb, ölənlərin isə yalnız 71-nin şəxsiyyəti məlum olub. Rəsmilər ölüm sayının artmasından narahatdır.
Təxminən 13 milyon kub/metr zibilin tökülməsinə səbəb olan faciə ilə əlaqədar şirkətin 5 mühəndisi ifadə verib, onlardan 3-ü həbs edilib.
Hadisədən sonra ərazidən təxminən 3 min nəfər təxliyə edilib. Qəzada ölənlərin ailələrinə şirkət tərəfindən 26 400 dollar veriləcəyi bildirilir./publika.az