Bu gün Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçirilib.
Xezerxeber.az-ın məlumatına görə, iclas dövlət himninin oxunması ilə başlayıb.
İclası açan Milli Məclisin spikeri Oqtay Əsədov yaz sessiyasında parlamentin gündəliyinin zəngin olduğunu deyib.
Daha sonra çıxış edən millət vəkili Əflatun Amaşov Gürcüstanda bir müddət əvvəl erməni işğalçısına heykəl qoyulması məsələsindən danışıb. Deputat ermənilərin 2006-cı ildə də bu ölkədə başqa bir işğalçıya heykəl qoyduqlarını və Gürcüstan hakimiyyətinin hələ o vaxtdan tədbir görməli olduğunu vurğulayıb.
Milli Məclisin İctimai birliklər və Dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə son zamanlar internet resurslarında saxta profillərdən çoxsaylı böhtan və təhqir dolu məlumatların yayılmasına diqqət çəkib.
Milli Məclisin sədri Oqtay Əsədov da sosial şəbəkələrdə son zamanlar təhqir hallarının çoxaldığını və bunun utancverici bir hal olduğunu vurğulayıb.
Qeyd edək ki, Milli Məclisin bugünkü plenar iclasında 38 qanun layihəsi müzakirə olunub, bir sıra qanunlara əlavə və dəyişikliklər edilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: