Xəzər Xəbər

Elman Rüstəmov: Ölkədə devalvasiya gözlənilmir - VİDEO

Veb TV | 20:25 • 1 Fevral 2019
Elman Rüstəmov: Ölkədə devalvasiya gözlənilmir -

Ölkədə devalvasiya gözlənilmir.

Xezerxeber.az-ın məlumatına görə, bunu 2018-ci ilin yekunlarına həsr edilən mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

Sədr bildirib ki, hazırda makroiqtisadi situasiya nəzarət altındadır. Bu səbəbdən də dolların məzənnəsinin yüksəlməsi ilə bağlı səslənən fikirlər tam əsassızdır.

Elman Rüstəmov tam üzən məzənnəyə keçid müddətindən də danışıb. Sədr deyib ki, bunun üçün hazırda yeni fiskal qaydalar və bir sıra amillər yaradılır. Lakin bu, uzun sürən bir proses olduğu üçün tam üzən məzənnəyə keçid xeyli vaxt alacaq.

Mərkəzi Bankın sədri ötən il mayın 24-dən tədavülə buraxılan 200 manatlıq əsginaslara da toxunub. O vurğulayıb ki, bu əsginasların dövriyyədə olan həcmi dekabr-yanvar aylarında təxminən 2 dəfə artıb. Hazırda dövriyyədə 2 milyon ədəd, yəni 400 milyon manat 200 manatlıq əsginas var ki, bu da nağd pul kütləsinini 5%-ni təşkil edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar