Xəzər Xəbər

Şəhid vərəsələrinin verilməsi prosesi davam edir VİDEO

Veb TV | 20:28 • 31 Yanvar 2019
Şəhid vərəsələrinin verilməsi prosesi davam edir

Bəzi şəhid ailələləri birdəfəlik ödəmə kartlarını evdə əldə etdilər. Belə ki, yaşı 80-i keçmiş və banka gələ bilməyən şəhid vərəsələrinə birdəfəlik ödəmə kartı yaşadıqları ünvanda təqdim edilib.

Şəhid anası Məryəm Hüseynova kart almaq üçün heç yerə getmədi, əksinə kart onun evinə gətirldi. Bu maraqlı addımı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin əməkdaşları həyata keçirib.

Belə ki, Zəngilan rayon sakini 84 yaşlı Məryəm Hüseynova xəstə oduğu üçün nazirlik və müvəkkil bank əməkdaşaları 11 min manatlıq birdəfəlik ödəmə kartını onun ünavnında təqdim etdilər.

Birdəfəlik ödəməni almaq üçün plastik kartın yaşadığı ünvanda təqdim edildiyi vərəsələrdən biri də Şamaxı rayon sakini, şəhid atası 83 yaşlı Cüməli Nuhovdur.

11 min manatlıq birdəfəlik ödəmə kartının fiziki imkanları çətin olan vərəsələrin ünavanında təqdim edilməsi bundan sonra da davam edəcək

Qeyd edək ki, Dövlət başçısının müvafiq Fərmanları ilə 12268 şəhid hərbi qulluqçunun vərəsələrinə birdəfəlik ödəmənin verilməsi prosesi davam edir. İndiyədək onlardan 3758 şəhidin 5144 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub və artıq 3100 şəhid üzrə 4200 vərəsəyə ödəniş edilib. Bütün şəhid vərəsələrinə birdəfəlik ödənişlərin verilməsi prosesi bu il ərzində başa çatdırılıması nəzərdə tutulub.

Xəbər lenti