Hər yerdən əli üzülən radikal müxalifət bu dəfə Azərbaycan Xalq Cumhuriyyətinin qurucularından biri Məmməd Əmin Rəsulzadənin doğum günündən istifadə edib gündəmə gəlmək istəyib. Amma yenə nəticə dəyişməyib. Uzun müddətdir hazırlaşdıqları aksiyaya heçüç yüz nəfər belətoplaya bilməyən radikallar növbəti fiaskosunu yaşayıb.
Azərbaycan Xalq Cumhuriyyətinin qurucularından biri olan Məmməd Əmin Rəsulzədənin doğum gününü belə öz siyasi məqsədləri üçün istifadə edən radikal müxalifət yenə özünü ifşa etdi. Bir daha göstərdilər ki, onlar üçün müqəddsə heç nə qalmayıb. Öz ambisiyaları naminə hər şeyi qurban verməyə, bütün dəyərləri tapdalamağa hazırdırlar.Məmməd Əmin Rəsulzadənin Novxanı kəndindəki abidəsi önündə anım mərasimi keçirmək adı ilə yığışdıqdan sonra siyasi xarakterli şüarlar səsləndirməyin başqa adı yoxdur. 20 yanvar hadisəsinin ildönümünü belə siyasi şouya çevirmək istəyənlərdən başqa nə gözləmək olar ki?! Amma yenə həmişa olduğu kimi radikalların bu cəhdi də fiasko ilə nəticələnib belə ki, aksiyaya 300 nəfər beləyığa biliblər. Abşeron rayon polis idarəsindən verilən məlumata görə radikal düşərgə mənsublarından Azərbaycan Xalq Partiyası 3, Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyası 25, Müsavat Partiyası 125, Azərbaycan Xalq Cəbhəsi Partiyası isə 135 - nəfər olmaqlaümumilikdə 288 nəfərlə aksiyaya qoşulub.
Radikallar növbəti rüsvayçılığı səs küy yaratmaqla ört basdır etməyə çalışıblar. Belə ki qabaqcadan xəbərdarlıq edilməsinə baxmayaraq, AXCP-nin aparıcı funksionerləri anım tədbirinin mahiyyətinə uyğun olmayan siyasi xarakterli şüarlar səsləndirərək ictimai asayişi pozmağa cəhd ediblər. Amma bu da işə yaramayıb və bu cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb.
Gəl gör ki, uzun müddətdir hazırlaşdıqları bir aksiyaya 3 yüz nəfər belə toplaya bilməyən radikallar ağzı dolusu keçirdikləri mitinqlərin təsirlərindən danışırlar. Hətta dövlətin sosial sahədə atdığı bir sıra addımları belə öz adlarına çıxmaq kimi gülməli iddialar səsləndirirlər.
Atdıqları hər addımda daha çox gözdən düşən və cılızlaşan radikal müxalifət görünür buna da razıdır. Artıq yeganə məqsəd gündəmdə qalıb fəaliyyət göstəririmiş kimi görünüb heç olmasa xarici qrantlardan məhrum olmamaqdır.