Xəzər Xəbər

Cəlilabadda fabrikdə kütləvi zəhərlənmə oldu VİDEO

Veb TV | 18:48 • 31 Yanvar 2019
Cəlilabadda fabrikdə kütləvi zəhərlənmə oldu

Cəlilabad rayonunda mebel fabriklərində kütləvi zəhərlənmə olub.

Hadisə rayonda yerləşən "Woodpecker" mebel fabrikində qeydə alınıb.

İlkin məlumata görə, zəhərlənmə əşyaların düzəldilməsi üçün istifadə olunan xüsusi kleylərdən baş verib. Hadisə nəticəsində 5 nəfər xəstəxanaya çatdırılıb.

Bunlar - 1987-ci il təvəllüdlü Musayeva Vüsalə İxtiyar qızı, 1985-ci il təvəllüdlü Babayeva Pərvanə Sakit qızı, 1986-cı il təvəllüdlü Cəfərova Lalə Bayraməli qızı, 1981-ci il təvəllüdlü Tağıyeva Fəxriyyə Şəmsəddin qızı və 1970-ci il təvəllüdlü Rzayeva Nazı Səlim qızıdır.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar