Avropa Parlamentinin yanvarın 17-də Azərbaycanla bağlıqəbul etdiyi qərəzli qətnamə ölkədə vətəndaş cəmiyyətinin kəskin etirazına səbəb olmuşdur. Bununla əlaqədar olaraq, yüzlərlə QHT bəyanat vermiş, mətbuatda çıxış etmiş, Avropa Parlamentinə və ayrı-ayrı-ayrı deputatlara məktublar ünvanlamışlar. 700-dən çox təşkilatın birləşdiyi Milli QHT Forumunun və həmin koalisiyada olmayan onlarla QHT-nin bəyanatlarında Avropa Parlamenti tərəfindən Azərbaycanda insan haqları və demokratiya ilə bağlı vəziyyətə düzgün qiymət verilmədiyi, hadisələrə ikili standartlar və anti-Azərbaycan dairələrin mövqeyindən yanaşıldığı bildirilmişdir.
Ermənistanın keçmiş və indiki hakimiyyəti dövründə həmin ölkədə insan hüquqlarının kobud şəkildə pozulmasına, hələ də həbsxanalarda siyasi məhbusların saxlanılmasına, onlardan bəzilərinin aclıq aksiyası keçirərək vəfat etməsinə, dinc nümayişlərin gülləbaran edilməsinə, siyasi qətlllər törədilməsinə və s. hallara qarşı Avropa Parlamentinin indiyədək heç bir münasibət bildirməməsi xüsusi qeyd olunmuş, bunların haqlı olaraq həmin qurumun obyektivliyinə inamsızlıq doğurduğu diqqətə çatdırılmışdır.
QHT-lərin bir çoxuöz etiraz müraciətlərini Avropa Parlamenti ilə yanaşı digər beynəlxalq təşkilatlara, o cümlədən ATƏT və Avropa Şurasının əsas strukturlarına, BMT-nin insan hüquqları üzrə komissarına və Helsinki Komissiyasına da göndərmişdir.