Xəzər Xəbər

Bu meyvənin bir dənəsinin qiyməti MAAŞDAN 3 DƏFƏ ÇOXDUR - VİDEO

Veb TV | 16:51 • 31 Yanvar 2019
Bu meyvənin bir dənəsinin qiyməti

İndoneziyada yetişən durian adlı meyvənin bir növünün qiyməti ölkədəki minimum əmək haqqından 3 dəfə çoxdur.

Pis qoxusu ilə fərqlənən bu meyvənin bir dənəsi min dollar satılıb.

Qərbi Cavanın Tasikmalaya şəhərində bir alış-veriş mərkəzində ötən həftə sonu meyvənin J Queen növü 14 milyon İndoneziya rupisinə satılıb. Son 3 gündə ölkə ərazisində bu meyvənin yalnız 2 ədədinin satışı mümkün olub. Bu xəbər ölkədə ən çox müzakirə edilən mövzuya çevrilib. Ölkədə minimum əmək haqqı 3 milyon 940 min rupidir.

Meyvə 3 ildə bir dəfə yetişir. Bu növü Aka adlı şəxs iki fərqli növü calayaraq yetişdirib. Adi durian meyvəsi isə 2 min İndoneziya rupisi, təxminən 15 dollara satılır. Meyvə bəzi yeməklərdə də istifadə edilir./publika.az

Xəbər lenti

Çox oxunanlar