ATV-də Müge Anlının təqdimatında yayımlanan "Tatlı Sert" proqramında, qaynı ilə ərinə xəyanət edən qadının başına gəldiyi iddia edilənlər eşidənləri dəhşətə gətirib.
Tez-tez ərini tərk edib, evdən qaçan və sonuncu dəfə qaynı ilə sevgili olduğu üzə çıxınca 2007-ci ildə həyat yoldaşından ayrılan Səhər Okusaldan 4 ildir ki, heç bir xəbər yoxdur. 34 yaşlı Səhərin başına nə gəldiyi hələlik təsdiqini tapmayınca, ortaya atılan iddialar tamaşaçıları mat qoyub. İddiaya görə, Səhər Okusal qardaşı Mevlüt tərəfindən öldürülüb. Yoxa çıxan qadının 18 yaşlı qızı Sevilay Aha bunu dayısından soruşduqda Mevlütün "İnsan heç bacısını öldürər?" deyərək, ona şər atıldığını bildirib.
Anasından 2015-ci ildən bəri bir xəbər ala bilmədiyini deyən Sevilay canlı yayımda "Kimisi deyir ki, ananı boğdular, kimisi deyir ki, boğazını kəsdilər. Mən anamın tapılmağını istəyirəm. Ən azından məzarı olar" deyərək fəryad edib.