Türkiyədə cinayət faktı qeydə alınıb.
44 yaşlı kişi 20 yaşlı sevgilisini küçədə qətlə yetirib.
Hadisə Muğla şəhərinin Fethiye qəsəbəsinin mərkəzindəki küçələrin birində baş verib. 44 yaşlı Serdal İncedayı 20 yaşlı sevgilisini güllələyib, sonra da intihar edib.
Yaxın məsafədən qıza 7 dəfə atəş açan kişi sonradan silahı başına dirəyərək özünü öldürüb.
Hadisənin baş verdiyi an təhlükəsizlik kamerasına düşüb.
Hadisənin səbəbi dəqiq bilinmir. Cinayətlə bağlı araşdırma aparılır.
Milli.Az