Xəzər Xəbər

Paşinyandan acı etiraf: “Boru xətləri Ermənistandan keçsəydi...” VİDEO

Veb TV | 19:59 • 30 Yanvar 2019
Paşinyandan acı etiraf: “Boru xətləri Ermənistandan keçsəydi...”

Ermənistan öz ərazisindən tranzit kəmərlərinin keçməsində maraqlıdır. Ermənistanın baş naziri Nikol Paşinyan belə bir açıqlama verib. Bunu Ermənistanın məruz qaldığı təcrid siyasətinin yaratdığı çıxılmaz vəziyyətin etirafı da adlandırmaq olar.

Almaniya səfəri zamanı Rusiyanın RBK- telekanalına müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsindən tranzi kəmərlərinin keçməsində maraqlı olduqlarını deyib. Əslində sual Şimal Axını 2 layihəsi ilə bağlı olub. Müxbir Rusiyadan enerji asılılığının azaldılmasına tərəfdar olan ölkələrin Şimal Axını 2 kimi layihələrin öz təhlükəsizliyinə təhdid hesab etdiyini deyib. Ermənistan bu ölkələrə qoşula bilərmi deyə Paşinyana sual verib. Paşinyan isə "Təəssüf ki, hazırda Ermənistanda "Şimal axını-2" tikilmir. Biz maraqlıyıq ki, ölkəmizdə də hansısa tranzit boru kəməri tikilsin ki, bunun vasitəsilə, misal üçün, A məntəqəsindən B məntəqəsinə qaz və ya neft ötürülsün. Buna görə də, biz bu cür layihələrdə maraqlıyıq", - deyə cavab verib.

Belə bir sual ortaya çıxır: Nə üçün Ermənistan indiyədək regionda həyata keçirilən beynəlxlaq enerji və nəqliyyat layihələrindən kənarda qalıb? Paşinyan doğurdanda ölkəsinin beynəlxlalq layihələrdə iştirak etməyini istəyirsə əslində bu ritorik sualın cavabını etiraf etməlidir. Məlumdur ki regionda həyata keçirilən beynəlxalq layihələrin əsas təşəbbüskarı və icraçısı Azərbaycandır. O da sirr deyil ki, bu layihələrin reallaşmasında Azərbaycanın fikri həlleicidir. Ermənistan isə məhz Azərbaycanın prinsipal mövqeyişnə görə bu layihəlrdən kənarda qalıb. Prezident İlham Əliyev dəfələrlə açıq bəyan edib ki, Ermənistan işğalçılıq siyasətindən əl çəkməyincə təcrid davam edəcək. Bu, Ermənistana açıq mesajdı. İndiyədək həyata keçirilmiş nəhəng layihələrdən kənarda qalan Ermənistan prespektivdə olan layihələrdən də kənarda qala bilər.

Ermənistanın iqtisadi blokadanı yarmaq üçün dəfələrlə cəhd edib. Amma prezident İlham Əliyevin prinsipal siyasəti nəticəsində İrəvanın bütün cəhdləri puç olub. Bunun yaxın tarixdəki ən bariz nümunəsi İranla birgə həyata keçirilməsi nəzrədə tutulan avtomagistral layihəsi idi. Azərbyacan Rusiya və İranın əməkdaşlığı ilə Şimal Cənub Dəhlizinin reallaşdırılması İrəvanın arzusunu gözündə qoydu.

Əslinə Paşinyan ölkəsinin düşdüyü acınacaqlı vəziyyətin əsas səbəbinin məhz Azərbaycan tərəfindən məruz qaldığı təcrid siyasəti olduğunu fərqindədir. Onun son açıqlaması da bunun dolayısı ilə etirafıdır. Paşinyan hökümətinin qarşısında isə iki yol var. Ya işğala son qoyub təcriddən qurtularaq iqtisadi inkişaf yolunu açmalıdır ya da sələflərinin səhvini təkrarlayaraq ölkəsinin iflasını seyr etməlidir.

Xəbər lenti