Xəzər Xəbər

Səfər Mehdiyevdən SƏRT XƏBƏRDARLIQ: Tamahını idarə edə bilməyənlər... - VİDEO

Veb TV | 19:10 • 30 Yanvar 2019
Səfər Mehdiyevdən SƏRT XƏBƏRDARLIQ:

Ötən ilDövlət Gömrük Komitəsi üçün kadr islahatları və uğurlu xidmət ili kimi yadda qalıb. Bu gün gömrük əməkdaşlarının peşə bayramı münasibətilə keçirilən kollegiya iclasındakomitəsədri Səfər Mehdiyev görülən işlər və qarşıya qoyulan hədəfləri açıqlayıb. Səfər Mehdiyev bir daha bildirib ki, rüşvət almağa cəhd edən gömrük əməkdaşları barəsində tədbirlər görülür və bu məsələlər komitə tərəfindən ciddi araşdırılır. Səfər Mehdiyev sahibkarların rüşvət təklifləri ilə bağlı xüsusi əməliyyatların keçiriləcəyini də bildirib.

Ötən il gömrükçülər 1,2 tona qədər narkotik vasitə aşkar edib ki, bu da ölkənin gömrük sisteminin tarixində rekord göstəricidir. Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün gömrük əməkdaşlarının peşə bayramı münasibətilə bağlı keçirilən kollegiya iclasında bildirib.

Səfər Mehdiyev keçən il gömrük sistemində aparılan islahatlar və bu sahədəki nailiyyətləri diqqətə çatdırararaq qeyd edib ki, ötən il gömrük komitəsi üçün bir neçə rekord göstərici ilə yadda qalıb. Xüsusilə də fiskal siyasətdə böyük uğurlarınəldə edilməsi nəzərəçarpacaq dərəcədə irəliləyişin nəticəsidir. Komitə sədri bildirib ki, ötən il büdcə ödənişləri öhdəliyinin 1 milyard manatdan artıq həyata keçirilməsi komitənin ən böyük uğurlarından biridir.

Gömrük sahəsində kadr islahatlarına da toxunan Səfər Mehtiyev xüsusi olaraq vurğulayıb ki, ötən il bir neçə gömrük əməkdaşı tutduğu vəzifəyə və daşıdığı rütbəyə hörmətsizlik edib, rüşvət və korrupsiyaya bulaşıb. Elə buna görə də , onlar bu gün gömrük sistemində yoxdurlar və onlara qarşı cinayət işi açılacaq. Komitə sədri bir daha bəyan edib ki, bu, digər əməkdaşlara da bir siqnal olmalıdır. Belə əməkdaşlar gömrük orqanlarından gedəcək və qanun qarşısında cavab verəcəklər-deyə Səfər Mehdiyev bildirib.

Səfər Mehdiyev gömrük əməkdaşlarını korrupsiyaya və rüşvətə cəlb etmək istəyən sahibkarlara da xəbərdarlıq edib. Onun sözlərinə görə, sahibkarların rüşvət təklifləri ilə bağlı xüsusi əməliyyatlar keçiriləcək. Çünki, sahibkarlar bu cür hallardan əl çəkmək istəmir. Cari ildə də belə faktların mövcud olduğunu deyən komitə sədri bu sahədə ciddi tədbirlərin görüləcəyini bildirib.

Xəbər lenti

Çox oxunanlar