Xəzər Xəbər

Azərbaycanda işsizlərə ŞAD XƏBƏR - Minlərlə şəxsə əmək haqqı veriləcək - VİDEO

Veb TV | 18:57 • 30 Yanvar 2019
Azərbaycanda işsizlərə ŞAD XƏBƏR -

Bu ilin əvvəlindən 16 minədək vətəndaş "İşsizin DOSTU" proqramıçərçivəsində ictimai işlərə cəlb olunub. Onların 3 mini Bakı şəhərini, 13 mini regionları əhatə edir. DOST iş mərkəzinin direktoru Niyazi Rəhimov deyib ki, həmin şəxslərin hər biri ilə əmək müqaviləsi bağlanıb və yaxın vaxtlarda onlar ilk ay üçün əmək haqlarını alacaqlar.

Proqram çərçivəsində iş axtaran vətəndaşlarla əmək müqaviləsi bir illik bağlanır. Gələcəkdə işçinin istəyindən asılı olaraq müqavilənin müddəti artırıla bilər. Niyazi Rəhimovun sözlərinə görə, bu iş yerləri xüsusi ixtisas və peşə qabiliyyəti tələb etmir. Proqram çərçivəsində təklif olunan işlər ictimai faydalı xarakter daşıyırlar.

DOST iş mərkəzinin direktoru Niyazi Rəhimov deyib ki, məşğulluğun təmin olunması proqramı çərçivəsində 30 min adamın işə götürülməsi nəzərdə tutulub. Dövlət büdcəsindən sözügedən layihə üçün 80 milyon manat vəsait ayrılıb.

Xəbər lenti

Çox oxunanlar