Son 3 gündə 5 məscidi qarət edən Ali Y. məhkəmədə sərbəst buraxılıb.
Hadisə Türkiyənin Karaman bölgəsində olub. Məscidlərdən nəzir qutularını oğurlayan 25 yaşlı gənc polis tərəfindən müşahidə kameraları sayəsində saxlanılıb. O, əməlini işsizlikdən əziyyət çəkdiyi üçün törətdiyini bildirib.
Məhkəmədə "Bir anlıq şeytana uydum. Əməlimdən çox peşmanam" deyən Ali Y. sərbəst buraxılıb./publika.az