Xəzər Xəbər

Şəkidə 18-ci əsrə aid "əl çantası" - Mücrüdə 10 kq-a yaxın qızıl gəzdirilib - VİDEO

Veb TV | 20:37 • 27 Yanvar 2019
Şəkidə 18-ci əsrə aid "əl çantası" -

Şəkidə 18-ci əsrdə xanımların istifadə etdiyi çantaların nümunələri bu gün də qalmaqdadır. Misdən hazırlanan çantaların ağırlığı 4 kiloqrama yaxın olub. Üstəlik, xanımlar bu mücrülərdə 10 kq-a yaxın zinət əşyalarını gəzdiriblər.

Xezerxeber.az-ın məlumatına görə, əsasən misdən hazırlanan zinət çantalarının cəkisi 4-kq yaxındır.

O dövrdə yüksək təbəqəyə məxsus bir xanımın 8 kq-a yaxın zinət əşyaları olub. Bunlara alınbənd, sinəbənd, boyunbağı, kəmər, bazubənd və digər aksesuarlar aid idi.

Şəkidəki bu mücrünü hamam seyfi də adlandırırdılar.

Bu tarixi eksponatlar müasir əl çantalarının ilk nümunələri sayılır.

Yüksək təbəqənin xanımlarına aid olan bu mücrülərin üzərində qəzəl janrının görkəmli nümayəndələrindən biri sayılan Sədi Şirazinin hamam şeiri də nəşq olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar