Tərtərdə qanunsuz ov edən şəxslər aşkarlanıb.
Xezerxeber.az-ın məlumatına görə, ötən gün daxil olmuş məlumat əsasında rayon polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilib və qanunsuz ov edən şəxslər saxlanılıb.
Rayonun Bəyimsarov kəndi ərazisində qanunsuz ov edən kənd sakinləri Zülfəli Abbasov və Habil Cəfərov şöbəyə aparılıb. Onlardan müvafiq sənədləri olmayan 2 ədəd 16 kalibrli ov tüfəngi, 3 ədəd patron və 8 ədəd çöl quşu götürülüb. Saxlanılan şəxslər barəsində inzibati protokollar tərtib edilib.
Xezerxeber.az mövzu ilə bağlı videogörüntünü təqdim edir: