Xəzər Xəbər

Yol polisinin uniforması ilə dayanacağa nəzarət edir... - VİDEO

Veb TV | 20:15 • 27 Yanvar 2019
Yol polisinin uniforması ilə dayanacağa nəzarət edir... -

Sosial şəbəkələrdə yol polisinin uniformasını geyinən bir şəxsin dayanacağa nəzarət etməsini əks etdirən şəkillər yayılıb. Mütəxəssislər isə bunun xoşagəlməz hal olduğunu bildirir. Çünki güc strukturlarının uniformasının başqa şəxslər tərəfindən istifadə edilməsi qadağandır.

Xezerxeber.az-ın məlumatına görə, görüntülər Abşeron rayonu ərazisində çəkilib və sosial şəbəkələrdə paylaşılıb.

Əynində yol polisinin uniforması olan şəxs dayancağa nəzarət edir. Sarı formanın arxasındakı YPX yazısını görənlər isə çaş-baş qalıb.

Mütəxəssislər isə bunun xoşagəlməz hal olduğunu bildirir.

Amma bu şəxs sırf həmin formadan istifadə edərək gəlir əldə etmədiyindən onun hər hansı formada cərimələnməsi mümkün deyil.

Polisdən verilən məlumata görə isə artıq həmin forma o şəxsdən alınıb və müəyyən edilib ki, həmin şəxs psixi qüsurludur. Onun yol polisinin uniformasını necə əldə etməsi isə araşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Rubrikanın digər xəbərləri

Xəbər lenti