Tərtərdə evdən və mağzadan oğurluq edən şəxslər saxlanılıb.
Xezerxeber.az-ın məlumatına görə, Tərtər sakini Mübariz Əhmədov rayon polis şöbəsinə müraciət edərək özünə məxsus evdən 642 manat dəyərində əşyaların oğurlanması barədə məlumat verib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədən şəxslərin rayon sakini Cavidan Bədəlov və bir yeniyetmə olduğu müəyyənləşdirilib.
Dindirilmə zamanı onlar törətdiyi oğurluq əməllərini etiraf ediblər.
Biləsuvarda isə poçt şöbəsindən seyf oğurlayan şəxslər saxlanılıb. Ötən gecə rayon ərazisində xidmət aparan post-patrul xidmətinin əməkdaşlarının diqqətini bir minik avtomobili cəlb edib. Avtomobilə baxış zamanı isə yük yerindəki dəmir seyfin oğurluq olduğu müəyyənləşib. Məlum olub ki, həmin seyf Biləsuvar Poçt Flialının 1 saylı poçt məntəqəsinə məxsusdur. Sürücü, rayonun Zəhmətabad kənd sakini Aqil Bünyadov və sərnişin Sərvət Sarıvəlli saxlanılaraq polis şöbəsinə aparılıb. Araşdırma zamanı aydın olub ki, onlar poçt məntəqəsinin dəmir barmaqlıqlarını qıraraq içəri daxil olublar. Sonra isə poçtdan içərisində sənədlər və zərflər olan 1 ədəd seyf, printer və dekoder oğurlayıblar.
Hər iki faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: