Xəzər Xəbər

Yüzlərlə avtomobil yolda qaldı, sürücülər maşınlarını atıb getdilər - VİDEO

Veb TV | 17:25 • 27 Yanvar 2019
Yüzlərlə avtomobil yolda qaldı, sürücülər maşınlarını atıb getdilər -

Rusiyada yağan güclü qar nəqliyyatın hərəkətini iflic edib.

İki gündür davam edən anomal hava şəraiti bəzi yollarda hərəkəti dayandirib. Moskvada, Simferepol şossesində baş verən yol qəzalarında yüzlərlə avtomobilə ziyan dəyib.

Xezerxeber.az-ın məlumatına görə, bəzi avtomobillər yol kənarındakı maneələrə çırpılıb, bəziləri isə toqquşaraq dayanıb. Yüzlərlə avtomobil yollarda qalıb.

Zəncirvari qəzalar səbəbindən avtomobillərə ziyan dəyib. Görüntülər Rusiyanın paytaxtı Moskvada, Simferopol şossesində lentə alınıb.

Rusiyadan görüntüləri çəkərək "Xəzər Xəbər"ə göndərən izləyicimizin verdiyi məlumata görə, qəzaların sayının çox olması bütün yolun bağlanmasına səbəb olub. Elə buna görə də, əksər sürücü avtomobillərini yollarda qoyaraq evlərinə piyada gedib.

Bu gün günorta saatlarından sonra isə polisin və aidiyyəti qurumların köməkliyi ilə yollarda qalmış avtomobillər çıxarılıb. Məlumata görə qəzalar zamanı bir neçə şəxs də yaralanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar