Avtomobilinə qaz avadanlığı quraşdıran sürücü problemlə qarşılaşıb. Avdanlıq quraşdırılandan sonra salona qaz qoxusu gəlməyə və avtomobil qeyri müntəzəm çalışmağa başlayıb. Bəs qaz avadanlığı quraşdıran şirkətlər zəmanət verməlidirmi?
Xezerxeber.az-ın məlumatına görə, belə bir faktla bağlı görüntünü çəkərək sosial şəbəkələrdə paylaşan avtomobil ustası Sahil Ağabəyli deyib ki, son aylar sürücülərin qaz avadanlıqları ilə bağlı şikayələri artıb.
Onun fikrincə, əslində, bu kimi problemlər məhz avadanlığı quraşdıran müəssisə və ya şəxslər tərəfindən həll edilməlidir. Çünki qaz avadanlığına yanlış müdaxilə böyük faciəyə yol aça bilər.
Avtomobillərə qaz avadanlığının quraşdırılması üzrə mütəxəssis Rəhim İsmayılovun sözlərinə görə, qaz avadanlığı mütləq keyfiyyətli detallarla quraşdırılmalıdır.
Ölkəmizdə avatamobillərə qaz avadanlıqlarının quraşdırılması marka və modelə görə 800-1800 manat arasında dəyişir. Amma bəzən sürüclər daha ucuz olsun deyə bu avdanlıqları kustar üsullarla qoşdururlar ki, bu da yolverilməzdir.
Zəmanət müddəti bitəndən sonra sürücü təyin edilən müddətdə filterli dəyişməli və ümumi yoxlanışı həyata keçirməlidir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: