Öz liderlərinə xəyanət edənlər bu gun yenə meydanlarda demokratiyadan, haqq ədalətdən, sədaqətdən danışır. Eks- prezident Əbulfəz Elçibəyi dinləmək üçün onun otağına cihaz yerləşdirən Əli Kərimli meydanlara çıxanda qaranlıq keçmişini nədənsə xatırlamaq istəmir. Həyatı xəyanətlə dolu olan Əli Kərimli 27 il əvvəl öz hakimiyyətləri dövründə olanları indi səsləndirməyə başlayıb. Baxmayaraq ki, baş verən qanunsuzluqları Əbülfəz Elçibəyin özü açıq formada etiraf edərək, o dövrdə komanda yoldaşlarını ittiham edirdi.
Bugün insanları küçələrə, meydanlara çağıraraq mübarizəyə səsləyən Əli Kərimli özünün xəyənatkar və rüşvətxor keçmişini deyəsən unudub. Mərhum prezident Əbülfəz Elçibəyin otağına dinləmə cihazı yerləşdirən Əli Kərimli indi sədaqətdən, həmrəylikdən, mübarizədən danışır. Əli Kərimlinin Xalq Cəbhəsinin qərargahındakı otağında olan səsyazma cihazı və otağına kimsə gələndə "matros" Faiqin çay süzmək bəhanəsi ilə düyməsini basdığı diktafonu da bu şəxsin qaranlıq keçmişindən xəbər verir.
Əbülfəz Elçibəyin özü də bu komandanı hakimiyyətdə olduğu dövrdə bir çox məsələlərdə sərt formada ittiham edib.
Onlar, Əbülfəz Elçibəyin ən inadığı şəxslər idi. Bu adamlar isə xalqa, dövlətə xidmət etməkdənsə, öz mənafelərini güdürdülər. Vəziyyət o qədər açınaqlı idi ki, insanlar kommunistlərə belə rəhmət oxuyurdu. Əbulfəz Elçibəy keçirilən müşavirələrin birində rüşvətxorluğun baş alıb getdiyini açıq- aşkar etiraf edirdi.
Əli Kərimli 27 il əvvəl öz hakimiyyətləri dövründə olanları indi səsləndirməyə başlayıb. Öz adlarını başqasına qoyan Əli Kərimli bu yolla manipulyasiya edərək insanlarda çaşqınlıq yaratmaq istəyir. Bunların kim olduqlarını, hansı işlər gördükləri isə öz liderləri Əbulfəz Elçibəy hələ o vaxt açıqlamışdı.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: