Xəzər Xəbər

Abşeronda avtomobillərə qənim kəsilənlər yaxalandı - VİDEO

Veb TV | 20:32 • 27 Yanvar 2019
Abşeronda avtomobillərə qənim kəsilənlər yaxalandı -

Abşeronda minik avtomobilini qaçıran şəxs saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, Abşeron rayon polis idarəsinə minik avtomobilinin qaçırılması ilə bağlı məlumat daxil olub. Dərhal əməliyyat-istintaq qrupu yaradılıb və şəhərdəki təhlükəsizlik kameralarına baxış keçirilib. Əməliyyat-axtarış tədbirləri zamanı hadisəni törədəni şəxsin Elvin Cəbrayılov olduğu müəyyənləşib. O, saxlanılaraq istintaqa təhvil verilib. Elvin Cəbrayılov avtomobili qaçırarkən sərxoş olduğunu bildirib.

O, daha sonra avtomobili gizlədib və izi itirmək məqsədi ilə nəqliyyat vasitəsinin dövlət nömrə nişanını çıxararaq atıb.

Abşeron polisinin keçirdiyi digər əməliyyat-axtarış tədbirləri zamanı isə rayon ərazisində xeyli avtomobildən oğurluq edən Elsəvər Mirzəyev saxlanılıb. Araşdırma zamanı məlum olub ki, o, əsasən axşam saatlarında avtomobillərin yan şüşələrini özünəməxsus şəkildə qıraraq oradan pul və müxtəlif əşyalar götürüb.

Hər iki faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti

Çox oxunanlar