45 il öncə lentə alınan "Qatır Məmməd" filminin əksər hissələri Yevlax və Mingəçevir ərazisində lentə alınıb. Maraqlı məqam ondan ibartədir ki, filmin ilk variantı ekranlara çıxmayıb,1974-cü ildə rejissoru və əksər aktyor heyyəti təzələnərək yenidən çəkilib.
"Qatır Məmməd" filmininilk variantındaMəmmədxanın oğlu rolunu oynayan respublikanın əməkdar artisti Akif Mirabov illər öncə çəkilən ekran işini elə film çəklişləri aparılan ərazidə xatırlayıb.
Mingəçevir Dövlət Dram Teatrının keçmiş aktyoru Akif Mirabov filmin 1974-cü ildə yenidən çəkilməsinin rejissorun senaridən kənara çıxması səbəbindən olduğunu deyir. Keçmiş aktyor həmin filmin yenidən nümayiş etdirilməsini məqsədəuyğun hesab edir.
Yevlaxın Gülövşə, Xanabad kəndləri ərazisində filmin çəkilşlərini yaxından izləyən hazırkı aktyor Qalib İbrahimli filmin döyüş səhnələrini, müəyyən dialoqlarını bu gün də unutmur.
45 il öncə yeni film çəkilərkən köhnə versiyadakı kütləvi səhnələrin əksəriyyətindən burada istifadə olunub.