Azərbaycan ərazilərinin işğalında iştirak etmiş Mixail Avaqyanın büstünün Gürcüstanın Buqaşen kəndində qoyulmasına bu ölkənin QHT rəhbərləri də etiraz edirlər. Hazırda Azərbaycanda səfərdə olan gürcü QHT-çilər həmin erməni hərbçinin təkcə azərbaycanlıları deyil, həm də Abxaziyada gürcüləri də qətlə yetirdiyini deyirlər. Onlar ümid edirlər ki, bu biabırçılıq Gürcüstan hökuməti tərəfindən tezliklə aradan qaldırılacaq.
Qarabağ müharibəsində işirak etmiş və əli azərbaycanlı qanına bulaşmış Mixail Avaqyanın Gürcüstanda büstünün qoyulmasına elə gürcüstanlı fəallar, və QHT rəhbərləri də etiraz edirlər. Onlar bu addımın səhv olduğunu və bu hadisənin Gürcüstan-Azərbaycan münasibətlərinə mənfi təsir edə biləcəyini deyirlər.
Hazırda Azəbaycanda olan Gürcüstandakı ''Avropa Diplomatları Assosiasiyasının '' sədri Zurab Qventsadze büstün qoyulmasını səhv addım adlandırır. Onun fikrincə, həmin erməni hərbçi hətta gürcüləri də öldürüb.
Avropa Diplomatları Asossasiyasının üzvü Tatia Şavqulidze isə bu səhvin tezliklə aradan qaldırılacağına ümid edir.
Gürcü fəalların sözlərinə görə, əslində büstün qoyulması ermənilər tərəfindən düşünülmüş addımdır. Çünki bu üsulla onlar Azərbaycanla Gürcüstanın münasibətlərini pozmağa çalışırlar.
Onu da qeyd edək ki, Abxaziyada ermənilərin yaratdığı "Baqration" batalyonunun canfəşanlığı, onlarındinc gürcü əhaliyə qarşı xüsusi amansızlığı o qədər də uzaq keçmiş deyil. Elə Cavaxetiyanın özü də Gürcüstan üçün separatçılıq baxımından daim təhlükəli ərazi hesab olunub.