Hazırda özünü müxalifət adlandıran bəzi qüvvələrin əslində qısa müddətlik hakimiyyət dövürlərindən nəyə qadir olduqlarını və ölkəni hansı şəkildə idarə etdiklərini hər kəs görüb. Talançılıq, korrupsiya, xaos ab-havasına öyrəşmiş bu şəxslər qısa müddətli hakimiyyət dövründə olduğu kimi yenə də ölkəni xaosa sürükləmək istəyirlər amma onların əsl simaları həm Azərbaycan xalqının yaddaşında, həm də video qeydlər də yaxşı qalıb.
Xaos, qeyri müəyyən idarəçilik, dövlət əmlakının kütləvi şəkildə talan edilməsi və qeyri sabitlik. Qısa müddətli hakimiyyət dövründə Azərbaycanı az qala parçalanmaq təhlükəsi ilə üz-üzə qoyan şəxslər indi mitinqlərdə və sosial şəbəkələrdə günü-gündən inkişaf edən güclü Azərbaycan dövlətinin hakimiyyətini tənqid edirlər. Halbuki öz hakimiyyətləri dövründə hətta Milli Məclis səviyyəsində xalqın problemlərini müzakirə etmək əvəzinə bir birlərini ittiham edib didşməklə məşğul idilər.
Xaosa öyrəşmiş bu şəxslər yenə 90-cı illərin əvvəlində olduğu kimi ölkədə xaos yaratmaq fikrindədir. Çünki belə olduqda onlar istəklərini daha tez çata biləcəklərini düşünürlər. Necə ki, o zamanlar hətta dövlət televizyasının binasına basqın edəcək, jurnalisti döyəcək qədər azğınlaşmışdılar.
Görünür ki, özünü müxalifət lideri adlandıran şəxslər xarici havadarlarından böyük qonararlar da alırlar. Beləki hazırda özünü müxalifətin lideri adlandıran Əli Kərimlinin oğlu Türkel Amerikada, qızı Selcan isə İngiltərədədir. İsa Qəmbərin oğlu İlkin Qəmbər isə Kanada da yaşayır. Pənah Hüseynovun qızı Aybəniz Hüseyn Kiprdə,Arif Hacılının oğlu Orxan Hacılı isə Amerikda təhsil alır və yaşayır.
Keçmiş günlərinə qayıtmaq istəyən radikal düşərgə bir həqiqətlə barışmaq istəmir ki, həmin günlərin çətinliyini və məşəqqətini yaşan xalq onalara inanmır.