Xəzər Xəbər

Baş nazirin müavini: Struktur islahatları işçilərin ixtisar edilməsini nəzərdə tutmur VİDEO

Veb TV | 19:03 • 26 Yanvar 2019
Baş nazirin müavini: Struktur islahatları işçilərin ixtisar edilməsini nəzərdə tutmur

Azərbaycanda struktur islahatlarının həyata keçirilməsi bütövlükdə prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə reallaşan dərin islahatlar konsepsiyasının bir istiqamətidir. Və heç bir halda işçilərin ixtisarını nəzərdə tutmur. Baş nazirin müavini Əli Əhmədov belə deyib.

Azərbaycanda həyata keçirilən struktur islahatlarının əsas məqsədi idarəetməni təkmilləşdirmək, insanlara daha operativ və keyfiyyətli xidmətlər göstərməkdir. Jurnalistlərə açıqlamasında baş nazirin müavini Əli Əhmədov belə deyib. Baş nazirin müavini bildirib ki birinci vitse prezident Mehriban Əliyevanın göstərişi də bunu sübut edir.

Baş nazirin müavini bildirib ki hansısa qurumların ləğvi işçilərin ixtisarı anlamnına gəlməmlidir. Qurumların ləğvi yaxud birləşdirilməsi ilk növbədə daha keyfiyyətli xidməti ehtiva edir. Bu həm də dövlət büdcəsinin əlavə qurumların saxlanılması xərclərindən azad edir.

Baş nazirin müavini bu məsələnin mahiyyətinin ictimaiyyətə düzgün çatdırılamsının da vacib olduğunu deyib.

Xəbər lenti