Şəmkirdə xeyli sayda silah-sursatı evinin zirzəmisində saxlayan şəxs tutulub.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları rayon sakini Turan Hüseynovu saxlayıblar. Onun yaşadığı evdə odlu silah olması barədə əməliyyat məlumatı daxil olub. Evin zirzəmisinə baxış zamanı 1 ədəd ''Makarov'' markalı tapança, 1 ədəd lüləsi kəsilmiş ov tüfəngi və 4 ədəd patron aşkar olunaraq götürülüb. Turan Hüseynov ifadəsində silah-sursatın ona qohumu, Şəmkir sakini İbrahim İbrahimovun saxlamaq məqsədilə verdiyini bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxs də saxlanılaraq məsuliyyətə cəlb edilib.
Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində qanunsuz olaraq "Odlu silah əldə etmə, başqasına vermə, satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə" maddəsi ilə cinayət işi başlanılıb. Turan Hüseynov və İbrahim İbrahimovun barələrində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.