Narkotik maddələrin satışı ilə məşğul olan şəxs tutulub.
Yasamal Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxsi saxlayıblar. Polis əməkdaşlarına paytaxt sakini, əvvəllər məhkum olunmuş Mehman Əsədovun yaşadığı evdə narkotik vasitə satması barədə əməliyyat məlumatı daxil olub. Onun Yasamal rayonunda yerləşən evinə baxış zamanı külli miqdarda narkotik vasitə olan heroin, psixotrop həblər, elektron tərəzi və şprislər aşkar olunub. Aşkar edilən maddi sübutlar ekspetrziya təqdim edilib.
Saxlanılan şəxs ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu və heroini bir müddət əvvəl tanımadığı şəxsdən aldığını bildirib.
Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində də külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb. Rayonun Digah kənd sakini Fərid Əskərov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı psixatrop maddə aşkar edilərək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Fərid Əskərovun yaşadığı evə keçirilən baxış zamanı oradan 3 kiloqramdan çox marixuana, 700 qrama yaxın heroin, eləcə də tiryək və psaxatrop maddə aşkar edilərk götürülüb.
Biləsuvar polisi də əməliyyat tədbirləri nəticəsində 9 kiloqramdan artıq narkotik vasitəni dövriyyədən çıxarıb. Rayonun Yuxarı Ağalı kəndi ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri - Pərviz Hüseynov və əvvəllər məhkum olunmuş Rəşad Xalıqov saxlanılıb. Pərviz Hüseynovun idarə etdiyi avtomobilə baxış keçirilən zaman oradan 8 kiloqramdan çox tiryək və 600 qramdan çoxqurudulmuş marixuana aşkar edilərək götürülüb. Hər üç faktla bağlı cinayət işi başlanılıb.